Xəbər lenti

Nazir iki polkovniki işdən çıxardı
Ölkə09:00 31.07.2023

Nazir iki polkovniki işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin iki rəis müavini vəzifəsindən azad edilib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 6 iyul 1961-ci il təvəllüdlü polkovnik Məmməd Tapdıq oğlu Tağıyev və 6 mart, 1962-ci il təvəllüdlü polkovnik Elçin Məhəmmədəli oğlu Cəfərov işdən çıxarılıblar.
Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Gəncə Regional Mərkəzinə yeni rəis müavinləri təyin olunmayıb.
Əhməd