Yaponiyanın şimal bölgələrinə cavabdeh təyin olunan yeni naziri Teru Fukui keçirdiyi mətbuat konfransında biabır olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun Yaponiyanın haqq iddia etdiyi Kuril adaları qrupuna daxil olan "Şikotan" adasının adını yanlışlıqla "Şiyakotan" olaraq tələffüz etməsi jurnalistlərin gülüşünə səbəb olub.
Yaponiya və Rusiya arasında fikir ayrılığı olduğu belə bir məsələdə Fukuinin yanlışlığa yol verməsi müxalifətin də kəskin reaksiyasına səbəb olub. Daha sonra nazir parlamentdə büdcə ilə bağlı çıxışı zamanı baş vermiş hadisəyə görə üzr istəyib.
Qeyd edək ki, Yaponiya Kuril adalarının Rusiyaya deyil, onlara məxsus olduğunu iddia edir və bu məsələni 2019-cu ildə Tokioda təşkil olunacaq G-20 zirvəsində həll etməyi düşünür.