Xəbər lenti

Nazir Olimpiya çempionunu rəis təyin etdi
Ölkə15:22 12.03.2015

Nazir Olimpiya çempionunu rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub. 

Qaynar.info xəbər verir ki, Report-un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Qaynar.info