Xəbər lenti

Nazir oğlu narkoman imiş
Dünya05:25 25.09.2013

Nazir oğlu narkoman imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Vardan Oskanyanın oğlundan narkotika tapılıb

Ermənistan xarici işlər naziri və parlamentin “Çiçəklənən Ermənistan” partiyasından deputatı Vardan Oskanyanın oğlu Ara və onun dostu Vaaqn həkim göstərişi olmadan narkotikdən istifadə etdikləri üçün inzibati məsuliyyətə cəlb olunublar.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə polis bölməsindən məlumat verilib. Ekspertizanın qərarından sonra hər iki gəncin narkotikadan istifadə etdiyi təsdiqlənib və onlar 200 000 dram cərimə olunublar.

A. Oskanyan həm də narkotik vasitələri qanunsuz gəzdirdiyinə görə də itiham olunur.


Qaynar.info