Xəbər lenti

Nazir yazarı məhkəməyə verdi
Dünya15:31 21.07.2018

Nazir yazarı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın baş naziri Matteo Salvini yazıçı Roberto Savianonu məhkəməyə verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Napolidə fəaliyyət göstərən Kamorra mafiyası barədə yazdığı kitabla tanınan yazıçı Salvini barədə "yeraltı dünyasının naziri" ifadəsini işlədib. Saviano bu fikri Aralıq dənizində dünyasını dəyişən miqrant ana və uşaq xəbərinə görə səsləndirib. Nazir "Hər tənqidi qəbul edə bilərəm, lakin mafiyaya kömək etdiyimi heç kim deyə bilməz" mövqeyi ilə Roberto Savianonu məhkəməyə verib.
Qeyd edək ki, İtaliya höküməti anti-miqrant siyasəti ilə tanınır və buna görə böyük tənqidə məruz qalır.
Gülşən