Xəbər lenti

Nazirdən dini klipin çəkildiyi məktəblə bağlı açıqlama
Ölkə07:42 21.12.2021

Nazirdən dini klipin çəkildiyi məktəblə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının brifinqdə deyib. Nazir qeyd edib ki, insanlar istənilən mövzuda klip çəkə bilərlər: 
"Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.