Xəbər lenti

Nazirdən İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama
Siyasət10:28 20.01.2026

Nazirdən İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq mütəmadi olaraq fəaliyyətdədir.
Bu barədə "Report"un sualına cavab olaraq xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, İrandakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb:
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə əlaqə nömrələri qeyd olunub. Biz orada hər hansı ciddi problem görmürük, ona görə də məsələ ilə bağlı Səfirlik və Baş konsulluğumuz tam fəaliyyətdədir".