Xəbər lenti

Nazirdən yeni direktor təyinatı
Ölkə12:14 27.03.2017

Nazirdən yeni direktor təyinatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəli Axundov adına Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.

“Qaynar” Trend-ə istinadən məlumatına görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifənin icrası Həqiqət Qədirovaya tapşırılıb.

İnstitutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqəli öz ərizəsi ilə işdən çıxıb.

Xatırladaq ki, professor H.Qədirova həm də nazirliyin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.

Qaynar.Az