
Ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək, onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb.
Qaynar.info-nun xəbərinə görə, bu barədə Penitensiar Xidmətin saytı məlumat yayıb.
Belə ki, ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssissəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.
Qaynar.info