
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, ən diqqətçəkən cəzalardan biri Azərbaycan Premyer Liqasının X turunun "İnter" - "Sumqayıt" matçı ilə bağlı olub. Həmin görüşün 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olmuş və nəticədə oyunda fasilə yaranmışdı. "İnter" klubu bu oyunda təhlükəsizliyi tam təmin edə bilmədiyinə görə 4 min manat cərimə olunub.
Azad Rəhimovun sahibi olduğu "İtaldizain Group"un futzal klubunun oyunçuları da cəzalandırılıb. Futzal üzrə II dəstənin "Bayker" - "İtaldizain" matçının 38-ci dəqiqəsində Eşqin Tağıyevə 2-ci sarı vərəqə ilə meydandan qovulub. Oyun başa çatdıqdan sonra isə "İtaldizain"inin digər futbolçusu Həsən Camalzadə hakimi təhqir edib. Buna görə də Tağıyevə 1, Camalzadəyə isə 4 oyunluq cəza verilib.
Qaynarinfo.Az