Xəbər lenti

“Nazir“i lüt soyundurub diz çökdürdülər - ŞOK FOTOLAR
Dünya10:51 08.05.2014

“Nazir“i lüt soyundurub diz çökdürdülər - ŞOK FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın güc strukturlarının nümayəndələri qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovu tutublar

Dünən Ukraynanın güc strukturlarının nümayəndələri qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovu tutublar.

ANS Press xəbər verir ki, Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qreşenko deyib ki, Kakidzyanov Manquş qəsəbəsi yaxınlığında “Azov” xüsusi təyinatlı milis dəstəsindinin olduğu avtobusa hücum edərkən yaxalanıb.

Xüsusi təyinatlı “Azov” batalyonu Mariopl şəhərindən Berdyanska tərəf hərəkət edərkən, onlara hücum edən separatçıların dəstəsi ilə aralarında 1 saata qədər döyüş gedib. Ukrayma DİN-in səlahiyyətlisi deyib ki, separatçılar xüsusi təyinatlılara pulemyot və Kalaşnikov avtomatlarından dayanmadan atəş açıblar.

Ukrayna tərəfin avtobus sürücüsü yaralanıb. Ukrayna xüsusi təyinatlılarına hücum edən iki nəfər əsir götürülüb, əsir götürülənlərdən biri “Donetsk Xalq Respublikası”nın müdafiə naziri Kakidzyanovdur. “Azov” xüsusi təyinatlı milis dəstəsinin döyüşçüləri isə, nazirlik tərəfindən mükafata təqdim ediliblər.

Ukraynanın Padikal Partiyasının lideri, prezidentliyə namizəd Oleq Lyaşko deyib ki, tanınmamış "Donetsk Xalq Respublikası"ının müdafiə nazirini yalnız Viktor Yanukoviçə dəyişə bilərlər.

Qaynar.info