Xəbər lenti

Nazirin 5 qohumu yol qəzasında öldü
Dünya05:50 25.09.2013

Nazirin 5 qohumu yol qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə müdafiə naziri İsmet Yılmaza ağır itki üz verib.
Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, nazirin 5 qohumu qol qəzasında ölüb.

Belə ki, Hamza, Hamit, Harun, Müstafa və Zamirin mindikləri avtomobil Sivasdan İstanbula gedən yolda yük maşını ilə toqquşub. Qəzada nazirin adları çəkilən qohumları yerindəcə keçinib.

Meyitlər Sivasa aparılıb. Ölənlər nazir İsmet Yılmazın xalası oğullarıdır.

Qaynar.info