Xəbər lenti

Nazirlə görüşmək istəyənlərə şad xəbər
Ölkə14:37 02.09.2014

Nazirlə görüşmək istəyənlərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vətəndaşlarla görüşəcək.

Qaynar.info-nun ETSN-ə istinadla verdiyi məlumata görə, nazir 12 sentyabr tarixində saat 10:00-da Ağstafa şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər. 

Həmçinin, vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Qaynar.info