Xəbər lenti

Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək
Siyasət19:52 29.01.2020

Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu gün Cenevrədə keçirilən görüşü 7 saat davam edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  Qaynarinfo-ya verilən məlumata görə,  ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.
Sabah danışıqların növbəti raundu keçiriləcək.