Xəbər lenti

Nazirlik 31 obyekti bağladı
Ölkə08:03 22.08.2013

Nazirlik 31 obyekti bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin iyul ayı ərzində yeyinti  məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Bundan başqa, 31 obyektin  istismarının dayandırılması  barədə  qərar qəbul edilib, 23 nəfər  işdən  müvəqqəti  kənarlaşdırılıb.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə  1037, mikrobioloji göstəricilərinə görə 956, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə  cəlb olunub. Nümunələrin 24-də orqanoleptik və fiziki-kimyəvi, 20-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
 
Şadlıq evlərindən 2647 yaxma nümunəsi, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb, 58 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

 İyul ayı ərzində əhali arasında 229 qida zəhərlənməsi hadisəsi baş verib, 241 nəfər zərərçəkən  olub.

Qaynar.info