Xəbər lenti

Nazirlik 7 milyon manatlıq minik avtomobilləri alır
Ekonomiks12:24 21.10.2019

Nazirlik 7 milyon manatlıq minik avtomobilləri alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Azərmaş” MMC-dən 547 ədəd "Khazar LX” markalı minik avtomobili alacaq.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Nazirlik buna görə 6 486 762 manat ödəniş edəcək.
Bundan başqa, qurum "Naxçıvan Avtomobil Zavodu” MMC-dən 45 ədəd "NAZ Lifan” markalı minik avtomobili alacaq. Bu maşınlar isə Nazirliyə 513 000 manata başa gələcək.
Ümumilikdə, 592 nəqliyyat vasitəsinə görə 6 999 762 manat ödəniləcək.