Xəbər lenti

Nazirlik əməkdaşı qəza törətdi
Ölkə18:09 29.01.2015

Nazirlik əməkdaşı qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Quba – Xaçmaz yolunda qəza baş verib.   

Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 4-cü km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mətləb Cəfərovun idarə etdiyi “Nissan” markalı minik avtomobili Xaçmazdan Quba istiqamətində hərəkətdə olarkən qəfil yola çıxan Quba rayonunun Zizik kənd sakini Xəyyam Məmmədova məxsus  odunla dolu at arabasına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Qeyd edək ki, Mətləb Cəfərov İqtisadiyyat və Sənaye Nazirliyinin Quba – Xaçmaz regional bölməsinin müdiridir. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info