Xəbər lenti

Nazirlik Masazırdakı qəza ilə bağlı məlumat verdi
Ölkə16:59 09.07.2015

Nazirlik Masazırdakı qəza ilə bağlı məlumat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Qaynar.info nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “Mercedes” və “Nissan” markalı 2 minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü Nuriyev Bəhruz Atabala oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər B.Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.