Xəbər lenti

Nazirlikdən itlərin güllələnməsinə reaksiya
Ölkə06:06 07.11.2018

Nazirlikdən itlərin güllələnməsinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.
Qaynarinfo-nun xəbərinə görə, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirib ki, ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: "Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb”.