Xəbər lenti

Nazirlikdən sürüşmə ilə bağlı açıqlama: "Qorxuludur, hər an..."
Ölkə13:41 10.02.2018

Nazirlikdən sürüşmə ilə bağlı açıqlama: "Qorxuludur, hər an..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər".
Bunu Report-a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, çatlarda böyük aralanmalar var.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Müvafiq qurumların nümayəndələri ərazidədirlər.