Xəbər lenti

Nazirlikdən xəbərdarlıq: Vaxt bitdi!
Ölkə15:11 12.10.2016

Nazirlikdən xəbərdarlıq: Vaxt bitdi!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Qaynarinfo.Az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

"Dərman vasitələri haqqında" qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır:

"Bununla əlaqədar olaraq bildiririk ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək".

Qaynarinfo.Az