Xəbər lenti

Nazirliyi AAYDA-nı 5 min manat cərimə etdirdi
Ekonomiks12:04 12.11.2022

Nazirliyi AAYDA-nı 5 min manat cərimə etdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba rayonu Qaraçay qum-çınqıl yatağından icazəsiz istifadə etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb.
Qaynarinfo-nun məlumatına görə, Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə verib. 
Belə ki, Agentliyin nəzdində fəaliyyət göstərən "5 saylı Yol İstismarı” MMC Qaraçay qum-çınqıl yatağında yerin təkindən istifadəyə icazə verən "Dağ-mədən ayırması” aktı olmadan faydalı qazıntı hasilatı aparıb. 
Məhkəmədə iştirak edən MMC-nin baş iqtisadçısı bildirib ki, inzibati xəta haqqında protokolda göstərilənlərlə razıdırlar. Həqiqətən də Quba rayonu Qaraçay qum-çınqıl yatağında icazə olmadan faydalı qazıntı hasilatı aparıblar.
Quba rayon Məhkəməsinin qərarı ilə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin "5 saylı Yol İstismarı” MMC-si İnzibati Xətalar Məcəlləsinin nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 manat məbləğində cərimə olunub.
Əhməd