Xəbər lenti

Nazirliyin sürücüsü avtomobildə silah saxladığı üçün həbs edildi
Ölkə14:08 12.11.2025

Nazirliyin sürücüsü avtomobildə silah saxladığı üçün həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomobilində qanunsuz odlu silah və döyüş sursatları saxlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuş V.G. saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə dair cinayət işi açılıb.
Məhkəmədə məlum olub ki, V.G. idarə etdiyi "Fiat" markalı avtomobilin arxa yük yerində bir ədəd 3930 №-li, TOZ-8 modelli ov tüfəngini və döyüş sursatı hesab edilən 2 ədəd patronu qanunsuz olaraq saxlayıb. 
Nizami rayonu, Babək prospektində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin avtomobilində aparılan yoxlama zamanı sözügedən silah aşkarlanıb. 
Məhkəmənin hökmü ilə V.G. 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzaçəkməsinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablanıb.
Məhkəmədə həmçinin məlum olub ki, təqsirləndirilən şəxs həbs olunana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində sürücü işləyib.
Aydın