Xəbər lenti

Neçə nəfər peyvənd olunub?
Ölkə14:50 26.07.2022

Neçə nəfər peyvənd olunub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 714 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 136, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 649, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 807 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 242, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 332 374, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 344 nəfər təşkil edir.