Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Qaynarinfo-ya Fonddan bildirilib.
Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda valyuta satışı 196,5 milyon dollar və ya 24% azalıb.
Xatırladaq ki, 2019-cu ilin iyul ayı ərzində Neft Fondu tərəfindən 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. İyul ayı ilə müqayisdə avqust ayında Dollar satışı 1,9 dəfə artmışdı.
2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Fond tərəfindən 2019-cu ilin 9 ayı ərzində 4 milyard 512 milyon 850 min dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,75 milyon dollar yaxud 2,7% azdır.
Mərkəzi Bank bildirir ki, hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalır. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır.
