Xəbər lenti

Neft şirkətinin əməkdaşı iş vaxtı vəfat etdi
Ölkə12:42 13.09.2013

Neft şirkətinin əməkdaşı iş vaxtı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftqaztikinti" Trestinin quraşdırıcısı dünyasını dəyişib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu gün saat 11:30 radələrində Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 1 saylı sahəsinin 5-ci dərəcəli quraşdırıcısı 1976-cı il təvəllüdlü Həsənov Rüstəm Rafiq oğlu hazırda inşa olunan Karbamid zavodunun ərazisinin təmizlənməsi işləri çərçivəsində köhnə çənlərin üzərində demontaj işləri aparan zaman yüksəklikdən yıxılaraq dünyasını dəyişib.

Hadisənin səbəblərini araşdırmaq üçün yaradılmış komissiya araşdırma işlərinə başlayıb.

Qaynar.info