
Arvadını qətlə yetirən Neftçala rayon sakini 14 il həbs cəzası alıb.
Qaynar.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin Neftçala rayon sakini Əbülfəz Məmmədovun (1986-cı il təv) 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə)-ci maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
15 yanvar 2014-cü il tarixdə Binəqədi rayonun Çiçək yaşayış massivində Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı (1987-ci il təv) qətlə yetirib.
İttiham aktına əsasən, daş bazarında qaynaqçı işləyən Əbülfəz həmin gün evə gələrkən marketdən 250 ml. araq alıb. Arvadından yemək istədikdə, sonuncu agrıları olduğuna görə heç nə hazırlamadığını söyləyıb, bu səbəbdən o yoldaşına irad tutub. Arağı bir gün əvvəl bişirilmiş yeməklə içdikdən sonra, yenidən arvadına yemək bişirmədiyini, uşağa yaxşı baxmadığını bəhanə edib və heç bir əsaslı səbəb olmadan ona əlləri və ayağları ilə çoxsaylı zərbələr endirib. Daha sonra qayınanası Lumu Ələkbərovaya zəng edib təcili onlara gəlməsini tələb edib. Təxminən 1 saatdan sonra qadın evə daxil olduqda, Əbülfəz yetirilən zərbələrdən halsız vəziyyətdə yerdə uzanan Günelə təpiklə zərbələr vurmağa başlayıb. Lumu Ələkbərova müdaxilə edərək ona mane olub və dərhal təcili tibbi yardıma zənq edib. Günel Məmmədova ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əbülfəz Məmmədov həmin axşam Binəqədi RPİ 40-ci polis bölməsinin əməkdaşları tərəfindən "Neftçilər" metrosunun yaxınlığında saxlanılıb. İlkin olaraq rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
Məhkəmə prosesində Ə.Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin hökmü ilə Əbülfəz Məmmədov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qaynar.info






