Xəbər lenti

Neftçalada dəhşət: 12 yaşlı uşaq intihar etdi
Ölkə13:50 26.06.2016

Neftçalada dəhşət: 12 yaşlı uşaq intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalada intihar hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Mikayıllı kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam saatlarında yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edib. 
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hələlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynarinfo.az