Xəbər lenti

Neftçalada icra nümayəndəsi həbs olundu
Ölkə11:09 29.01.2014

Neftçalada icra nümayəndəsi həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçala rayonu Yuxarı Qaramanlı kənd icra nümayəndəsi Baxşı Mütəllimov dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq barəsində cinayət işi açılıb.

Bu barədə kənd sakinləri məlumat verib. Məlumata görə, Baxşı Mütəllimov barəsində məhkəmə araşdırması başlayıb. İcra nümayəndəsi fermerlərə ayrılan subsidiyaların mənimsənilməsində və bir neçə korrupsiya faktlarında ittiham olunur.

Kənd sakibləri deyib ki, B.Mütəllimov müxtəlif şəxslərin adına artıq məbləğdə subsidiya yazaraq mənimsəyib. Hazırda iş Neftçala rayon məhkəməsindədir, faktla bağlı istintaq dinidirilməsi gedir.///bizimxeber.az