Xəbər lenti

Neftçalanın icra başçısı Bakıya niyə çağrılıb?
Ölkə08:02 21.02.2014

Neftçalanın icra başçısı Bakıya niyə çağrılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəfil dəvət alan İsmayıl Vəliyevin görüşdən sonra səhhətində problemlər yarandığı deyilir 

Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qəfil olaraq Bakıya, Prezident Admnistrasiyasına dəvət edildiyi məlumatı yayılıb. JAM.AZ rayondakı mənbələrə istinadən xəbər verir ki, icra başçısının günorta saatlarında bir telefon zəngindən sonra paytaxta yola düşməsi onun haqqında müəmma yaradıb. 

Elə bu səbəbdəndir ki, Vəliyevin haqqında müxtəlif məzmunlu məlumatlar dolaşmağa başlayıb. Həmin məlumatlarda deyilir ki, Admnistrasiyaya çağırılan icra başçısının keçirdiyi görüşdən sonra səhhətində problemlər də yaranıb. Onun qan təzyiqinin yüksək olması səbəbindən paytaxtdakı klinikaların birinə müraciət etdiyi deyilir. 

Qeyd olunur ki, rayonda sahibkarlarla yola getməyən və onların obyektlərini əllərindən almaq istəyən Neftçalanın icra başçısından edilən şikayətlərin sayı həddindən artıq çox olub. Onların bir çoxu isə haqlı olmaqla yanaşı, həm də araşdırılıb. Ortaya çıxan nəticələrin isə Vəliyevin hətta işdən çıxarılmasına belə gətirib çıxaracağı deyilir. 

Qaynar.info