Xəbər lenti

"Neftçi" Fransadan futbolçu transfer etdi (FOTO)
İdman18:01 15.07.2021

"Neftçi" Fransadan futbolçu transfer etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman fransız müdafiəçi Romen Baskı transfer edib. 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. Yarımmüdafiəçi komandanın heyətində 14 nömrəli formanı geyinəcək.
Bask Fransanın "Keviyi Ruan” (2014-2018) və "Havr” (2018-2021) klublarında çıxış edib. Liqa 2-də geridə qalan mövsümündə "Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub. 
"Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer edib.