Xəbər lenti

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirdi
İdman19:54 09.08.2023

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
"Ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.
Təcrübəli oyunçu buna qədər ölkəsinin "Şutinq Starz”, Norveçin "Valerenqa” və "Sarpsborq”, Çinin "Quançjou”, "Siçuan” və "Çançun Yatay”, Rusiyanın "Amkar” və İsrailin "Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə "Erzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.