Xəbər lenti

"Neftçi" ilk transferini rəsmiləşdirdi
Ölkə17:10 04.06.2019

"Neftçi" ilk transferini rəsmiləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” mövsümlərarası dönəmdə ilk transferini həyata keçirib.
Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, serbiyalı futbolçu Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlanıb. 31 yaşlı müdafiəçi komandamızın heyətində 6 nömrəli formanı geyinəcək. 
Sonuncu klubu "Qəbələ” (2015-2019) olan Stankoviç Serbiyanın "Dinamo” (Vranye, 2006-2008), OFK (2008-2009), "Partizan” (2009-2015) və Azərbaycanın "İnter” (2015-2016) komandalarında çıxış edib. Serbiya çempionatının (2010, 2011, 2012, 2013), kubokunun (2011) və Azərbaycan kubokunun (2019) qalibi olan futbolçu 2010-cu ildə Serbiya milli komandasında 1 oyun keçirib.