Xəbər lenti

"Neftçi" Kane ilə vidalaşır
İdman07:43 26.01.2022

"Neftçi" Kane ilə vidalaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” Mamadu Kane ilə vidalaşır.
Qaynarinfonun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan "Neftçi”nin heyətinə qatılmış Kane burada inkişaf yolu keçərək 2021-ci ilin sentyabrında Yunanıstanın "Olimpiakos” klubuna satılıb. Daha sonra icarə əsasında "Neftçi”də çıxışını davam etdirən 25 yaşlı futbolçu artıq yeni klubuna qoşulacaq. 
Mamadu Kane 61-i çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 80 rəsmi matçda (1 qol) ağ-qara formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub.
Səbuhi Həsənov