Xəbər lenti

"Neftçi"nin əvəzedici komandası üç legioner transfer etdi
İdman11:40 14.02.2026

"Neftçi"nin əvəzedici komandası üç legioner transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.
Bu barədə Qaynarinfo-ya klubun mətbuat xidmətindən bildirilib.
Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu "Şalke 04" (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" klubunda çıxış edib.