Xəbər lenti

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu
İdman19:55 20.07.2023

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
"Report”un məlumatına görə, "ağ-qaralar” bu raundda Bosniya və Herseqovinanın "Jelezniçar” klubu ilə üz-üzə gələcək.
Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi "Minsk”i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda "Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.
Qeyd edək ki, "Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.