Xəbər lenti

"Neftçi"nin Regekampfa ödədiyi təzminat bəlli oldu
İdman15:18 21.06.2023

"Neftçi"nin Regekampfa ödədiyi təzminat bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminat bəlli olub.
"Report" "playsport.ro" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" rumıniyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib.
48 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.