Xəbər lenti

"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
İdman09:08 23.05.2026

"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" münasibətlərə aydınlıq gətirəcəklər. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Zirə" 53 xalla beşinci, Naxçıvan komandası 43 xalla altıncı sıradadır.
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.