Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib.
Görüş "Neftçi"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb.
Günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.