Xəbər lenti

"Neftçi" "Zirə" ilə heç-heçə etdi
İdman15:24 03.04.2022

"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, üçüncü dövrənin son oyununda "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma 1:1 hesabı ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərindən isə Tiaqo Bezerra 90+5-ci dəqiqədə penaltidən fərqlənib.

59-cu dəqiqədə "qartallar"dan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 77-ci dəqiqədə isə "Neftçi"dən Eddi İsrafilov eyni aqibəti yaşayıb. Bundan başqa, qonaqlar qol vurduqdan sonra ehtiyat oyunçular skamyasında Ağabala Ramazanov baş hakim İnqilab Məmmədovla mübahisə etdiyi üçün ardıcıl iki sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.  

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Neftçi" 2-ci, 36 xala malik "Zirə" 3-cü yerdə qərarlaşıb. 

Günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Baş tutan matçlardan sonra turnir cədvəli aşağıdakı kimidir.

"Qarabağ" - 49, "Neftçi" - 38, "Zirə" - 36, "Qəbələ" - 34, "Sabah" - 29, "Keşlə" - 20, "Sumqayıt" - 14, "Səbail" - 11