“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,91 dollar ucuzlaşaraq, 59,16 dollar olub.
Anspress-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib. İyulun 17-də Azərbaycan neftinin bir barrelinin qiyməti 60,07 dollar təşkil edib.
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 50,89 dollar olub.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 57,10 dollar təşkil edib.
Qaynar.info