Xəbər lenti

Neftin qiyməti ilə bağlı ən pis proqnoz
Ekonomiks06:35 26.03.2015

Neftin qiyməti ilə bağlı ən pis proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Neftin istehsalının artması, ona tələbatın azalması və neft anbarlarının tam dolması qara qızılın qiymətini 20 dollara qədər endirə bilər”. Axar.az xəbər verir ki, bu iddia ilə “Blomberg” agentliyinin ekspertləri çıxış edib.
Onlar neftin qiymətinin yaxın aylarda enmə ehtimalının yüksək olduğunu bildiriblər: “Əsas problem neft hasilatı və təlabatı arasında yaranmış fərqdir. Bunun nəticəsində Amerikanın neft anbarları ağzına qədər dolub və nəticədə neftin saxlanılması üçün yer çatışmır. Bütün bunları nəzərə alaraq neft 20 dollara və hətta ondan da aşağıya düşə bilər. Neftin qiymətinin düşməsinə başqa bir səbəb isə İran üzərindən sanksiyaların götürülməsi ola bilər. Bu isə dünya bazarına əlavə 1 milyon barrel neftin çıxarılması deməkdir. Əgər ehtiyatlar artsa, sənaye üçün bunun nəticələri çox pis olacaq. Neftin qiymətinin düşməsi ilk növbədə idxala zərbə vuracaq, bundan sonra isə Amerika neft sənayesində ixtisarlar başlayacaq”. 
Qaynar.info