Xəbər lenti

Nelson Mandela Günü qeyd ediləcək
Ölkə11:21 15.07.2013

Nelson Mandela Günü qeyd ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 18 də Azərbaycanda böyük Afrika lideri Nelson Mandelanın doğum Gününü qeyd ediləcək.

APA-ya BMT - nın Baki ofisindən verilən məlumata görə, tədbir BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə birlikdə təşkil olunacaq.

Tədbir zamanı qonaq qismində BMT-nin Rezident Əlaqələndiricisi cənab Antonius Broek, BMT-nin İctimai İnformasiya Departamentinin ölkə üzrə nümayəndəsi xanım Envera Selimoviç və Beynəlxalq Avrasiya Mətbuat Fondunun İnkişaf proqramları və Beynəlxalq Əlaqələr departamentinin rəhbəri cənab Nick Nvolisa iştirak edərək, nitq söyləyəcəklər.

Görüş zamanı Nelson Mandelanın həyat yoluna həsr olunmuş təqdimatlar nümayiş olunacaq və diskusiyyalar aparılacaq. Nelson Mandela ömrünün 67 ilini Cənubi Afrika xalqının həyatına müsbət dəyişiklik gətirmək üçün sərf edib. Bu səbəbdən, keçirilən tədbirin məqsədi hər kəsi Nelson Mandela Fonduna qoşularaq dünyanın hər yerində 67 dəqiqə ərzində ictimai xidmətlə məşğul olmağa səsləməkdir. Bu rəqəm Mandelanın bəşəriyyətə xidmətinin hər ili üçün bir dəqiqə deməkdir.

Qaynar.info