Xəbər lenti

Nelson Mandela vəfat etdi
Dünya05:05 06.12.2013

Nelson Mandela vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Afrika Respublikasının qurucusu, əfsanəvi lideri Nelson Mandela 95 yaşında həyatdan köçüb. 

Bu haqda Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma məlumat verib: "Mandela əbədiyyətə qovuşdu. Millətimiz ən böyük övladını itirdi". 

Qeyd edək ki, Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olub. Mandela ağ ciyər infeksiyasından əziyyət çəkirdi. Xəstəxanadan buraxıldıqdan sonra da onun səhhətinin kritik olduğu, ara-sıra xəstəliyinin şiddətləndiyi bildirilirdi. 

Nelson Mandela 1918-ci ilin iyulun 18-də Cənubi Afrikanın Şərqi Kapsk əyalətində doğulub. O,1993-cü ildə Aparteit rejiminə qarşı aktiv mübarizə apardığına görə, Nobel Sülh mükafatına layiq görülüb.

Qaynar.info