Azərbaycan Nepala humanitar yardım edəcək. Qaynar.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
"25 aprel 2015-ci il tarixində Nepal Federativ Demokratik Respublikasının ərazisində 7.8 bal gücündə zəlzələ çox saylı insan itkisi və dağıntılar ilə nəticələnib. Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan höküməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsini və humanitar yardımın göndərilməsi istiqamətində işlər aparır. Əlavə məlumat veriləcək" deyə məlumatda bildirilir.
Fanat.az