Xəbər lenti

Nərgiz Yaqublu torpağa tapşırıldı - FOTOLAR
Ölkə10:32 25.04.2015

Nərgiz Yaqublu torpağa tapşırıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Aprelin 23-də Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş jurnalist, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Qaraçuxur qəbristanlığında torpağa tapşırılıb. Mərhumun ruhuna dua oxunub.
"Yeni Müsavat"ın reportyoru xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə yüzlərlə insan müşayiət edib. Dəfn mərasimində iştirak edənlərin arasında milli-azadlıq hərəkatının liderləri, sabiq deputatlar, tanınmış ziyalılar da olub.
Qeyd edək ki, Nərgiz Yaqublu ölkənin gənclər hərəkatının önəmli simalarından, liderlərindən biriydi. O, ailə həyatı qurana qədər "Yeni Müsavat" qəzetinin müxbiri olmuşdu.
N.Yaqublunun vaxtsız vəfatı ölkədə və ondan kənarda yaşayan on minlərlə insanı kədərə qərq edib. Artıq üçüncü gündür ki, minlərlə insan mediada və sosial şəbəkədə gənc siyasi fəalın vaxtsız vəfatıyla bağlı üzüntüsü ifadə edir.


















Qaynar.info