Xəbər lenti

Nərimanov su altında qaldı (FOTOLAR)
Ölkə18:02 26.02.2013

Nərimanov su altında qaldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Nərimanov rayonu ərazisində böyük içməli su xətti partlayıb. Qaynar.info-nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Əliyar Əliyev 45 ünvanında, avtomobil yolunun altında yerləşən əsas su xəttinin partlaması nəticəsində yolu su basıb.

Ətraf binalara su verilməsi dayandırılıb. Hazırda yolda maşınların hərəkəti çətinləşib. Sakinlərin verdiyi məlumata görə Nərmanov rayon Su idarəsinə və Yolların Muhafizəsi Xidmətinə bu barədə məlumat verilərək sözügedən təşkilatların əməkdaşları hadisə yerinə çağırılıb. 

Sakinlər bildiriblər ki, bu hadisə rayon ərazidə ilk dəfə baş vermir. Belə ki, bu ay ərzində sözügedən ərazidə bir neçə yerdə su borusunun partlaması baş verib. Bugünkü hadisə isə daha böyük olub və küçələr su altında qalıb.

Fotolar Bayram İsgəndərlinindir 

Qaynar.info