Xəbər lenti

Nərimanovda məcburi köçkünlərin evləri sökülür - PROBLEM
Ölkə12:13 29.07.2013

Nərimanovda məcburi köçkünlərin evləri sökülür - PROBLEM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nərimanov rayonunda “Böyükşor” kimi tanınan ərazidə yaşayan məcburi köçkünlər rayon rəhbərliyinə qarşı etiraz edirlər.

Belə ki, köçkünlərin məskunlaşdığı evlərin Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sökülməsinə qərara verilib.

“Böyükşor” da yaşayan sakinlərin Qaynar.info-ya verdikləri məlumata görə, onlar üzləşdikləri problemlə bağlı Prezident Adminstrasiyasına da şikayət edəcəklər.

Onların sözlərinə görə, İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə məskunlaşdıqları evlər tezliklə söküləcək. Sakinlərin narazılığının əsas səbəblərindən biri də onlara kompensasiyaların veriməməsi ilə bağlıdır: "Bundan əvvəl təklif etdikləri məbləğ bizi qane etməyib. Bir müddət əvvəl “Böyükşor” da sökülən evlərə görə bir qrup vətəndaşa cəmi 1020 AZN maddi yardım verilib. Bu məbləğ də heç bir işə yaramır. 1000 manatla vətəndaş nə edə bilər, evmi tikə bilər?".

Əslən Füzuli rayonundan olan məcburi köçkünlər onu da bildiriblər ki, "Qaçqınkom"un Nərimanov rayon şöbəsi hazırda sözügedən ərazidə söküləcək evlərin yenisi ilə əvəz olunacağını desə də, məcburi köçkünlər birmənalı olaraq buna etiraz edərək şəxsi mülklərinin haqqını istəyiblər. Çünki bu evlərin onlara veriləcəyinə inanmırlar. Hətta şikayətçilərə söküləcək evlərinə görə kompensasiya verilməyəcəyi də bildirilib. Məcburi köçkünlər qeydiyyatda olduqları Füzuli rayon rəhbərliyini də məsuliyyətsizlikdə ittiham ediblər. Onlar rayon İcra Hakimiyyətinin başçısının onların problemləri ilə maraqlanmadığını, iki rayonun İcra Hakimiyyəti arasında qaldıqlarını dilə gətiriblər.

Qaynar.info