Xəbər lenti

Nəsimi rayonunun yarısında qaz olmayacaq
Ölkə16:42 12.02.2016

Nəsimi rayonunun yarısında qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi rayonu Seyidzadə küçəsi,16B ünvanında diametri 530 mm-lik qaz kəmərində qaz sızması aşkar olunub.

Qaynar.info bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən report-a verilən məlumata görə, ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ilk növbədə texniki təhlükəsizlik tədbiri olaraq qaz təchizatının fevralın 12-də saat 16:00-dan dayandırılması məcburiyyəti yaranıb. Baş vermiş qəza halının aradan qaldırıldığı müddətdə Nəsimi rayonunun 2, 3 və 4-cü mikrorayonlarında, həmçinin Seyidzadə, Əliyev, Cavadxan, İsgəndərov və Rəşid Məmmədov küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info