Xəbər lenti

Netfçalada 265 min 920 manatlıq yeyinti FAKTI
Ölkə12:56 05.12.2013

Netfçalada 265 min 920 manatlıq yeyinti FAKTI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bizimxeber.az saytında Neftçala rayonundakı maliyyə maxinasiyaları ilə bağlı şok faktlar yaylılıb. 

Saytın yazdığına görə, dövlət mütəmadi olaraq rayonun sosial inkişafının sürətləndirilməsi üçün vəsait ayırsa da, təəssüf ki, bu vəsaitlər lazımi istiqamətə yönəldilmir, bir şox hallarda isə yerli icra hakimiyyəti başçılarının korrupsiya əməllərinin güdazına gedir.

Məlumatda bildirilir ki, rayonun icra başçısının əsas qazanc mənbəyi tender yolu ilə rayona ayrılan pulların silinməsidir. Təsadüfi deyil ki, yerlərdəki icra başçısları hər ilin sonunda məhz bu yolla qazanmaq üçün dövlətin vəsaitlərinə yiyələnmək "eşqi"nə düşür və gələn il üçün külli miqdarda “zakazlar” verirlər. Bu işdə isə onlara yerli maliyyə idarələri kifayət qədər yardım edir.

Yazıda vurğulanır ki, 2013-cü ilin dövlət büdcəsində Neftçala şəhəri və qəsəbələrində abadlıq işlərinin aparılması üçün 265 min 920 manat vəsait nəzərdə tutulub. Ancaq bu vəsaitlərin də hara xarclənməsi müəmmalı olaraq qalır:  

"Heç kim bilməsə də, neftçalalılar yaxşı bilirlər ki, 300 min dollardan artıq vəsait rayon və qəsəbələrdən başqa hər yerə xərclənir. Belə olmasaydı, 2013-cü ilin sona çatmasına baxmayaraq, Neftçala şəhəri və onun Bankə, Həsənabad və Xıllı qəsəbələrinin yolları 2-ci dünya müharibəsi dövründəki Ukrayna və Belarusun yollarına, şəhər isə Qarabağ döyüşlərində ermənilərin işğal etdikləri rayonlara bənzəməzdi.

Təbii ki, bu məbləği irəli sürən rayonun rəhbəridir. Onun Maliyyə Nazirliyində təsdiqlənməsi işinə isə rayon maliyyə idarəsi və onun sədri Rəşid Manafov baxır. Bu, həmin şəxsdir ki, icra başçısı İsmayıl Vəliyevlə şərikli biznesi var. 

Tenderi “udan” “Neftçala MKTİB”-nin də icra başçısından kənar bir qurum olmadığı gün kimi aydındır. Başçının öz adamlarının yaratdığı bu cür MMC-lər əslində rayona ayrılan dövlət vəsaitinin təyinatından kənar xərclənməsi üçün bir vasitədir. Təəssüflə qeyd edilməlidir ki, icra başçısı İsmayıl Vəliyevin bu vasitədən yararlanmasına hələ də son verilmir"./Bizimxeber.az/

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info